2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 5 milyon 663 min ton (artım 39%) yük və 15,8 min nəfər sərnişin (artım 26,4%) daşınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Yükdaşımaların strukturunda 2 milyon 312,9 min ton neft və neft məhsullarının (artım 60,5%), 3 milyon 350,1 min ton digər yüklərin (artım 27,1%) payına düşüb.
Azərbaycan 2022-ci ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından 180 milyon 391,7 min manat (cari məzənnə ilə $106 milyondan çox - İF) gəlir əldə edib ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisindən 39,4% çoxdur.
Hesabat dövründə dəniz nəqliyyatı ilə yükdaşımalardan 175 milyon 600,8 min manat məbləğində gəlir (artım 37,3%) əldə edilib. Gəlirlərin əsas həcmi – 170 milyon 384,5 min manat beynəlxalq yükdaşımaların (artım 33,2%) payına düşüb.
Dəniz nəqliyyatı ilə sərnişin daşımalarından 4 milyon 790,9 min manat məbləğində gəlir (artım 3 dəfə) əldə edilib.
Xəbər verildiyi kimi, 2021-ci ildə dəniz nəqliyyatı ilə yük daşımalarından 175 milyon 601,3 min manat (artım 4,6%), sərnişin daşımalarından 2 milyon 995,9 min manat (artım 3,5 dəfə) gəlir əldə edilib.
2021-ci ildə dəniz nəqliyyatı ilə 5 milyon 468,4 min ton (azalma 8,6%) yük və 17,7 min nəfər sərnişin (azalma 13,2%) daşınıb. Qeyd olunan dövrdə yükdaşımaların strukturunda 1 milyon 898,7 min ton neft və neft məhsullarının (azalma 8,6%), 3 milyon 569,7 min ton (azalma 8,6%) digər yüklərin payına düşüb.*
N.Abbasova