2023-cü il yanvarın 27-də “Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə bankın elanında deyilir.
“Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: bankın 2022-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi; audit komitəsinin hesabatının təsdiqi; səhmdarlara dividendlərin ödənilməsi; bankın rəhbərlərinə illik bonusların ödənilməsi”, - deyə elanda qeyd olunur.
Bundan başqa, səhmdarlar bankın fəaliyyəti ilə bağlı təşkilati və cari məsələləri də müzakirə edəcəklər.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə ölkənin 8-ci bankıdır. Bankın səhmdarları 13 fiziki şəxsdir.*
X.Nəsirzadə