2023-cü ildə Azərbaycanda 17 mindən çox ailə özünüməşğulluq proqramına cəlb olunacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“Gələn il proqrama cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Özünüməşğulluq proqramının 2022-ci il üzrə 16 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub ki, bu ilin 11 ayında onlardan artıq 15,9 mini proqrama cəlb olunub.
Azərbaycan hökuməti 2023-cü ildə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə 87,5 milyon manat yönəltməyi planlaşdırır.*
X.Nəsirzadə