Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü il dövlət büdcəsinin layihəsi III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773,978 milyon manat, xərcləri 33 milyard 353,278 milyon manat məbləğində poqnozlaşdırılır. Beləliklə, kəsir 2 milyard 579,3 milyon manat və ya ÜDM-in 2,4%-i səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin strukturunda 11 milyard 280 milyon manat Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin payına düşəcək.
2023-cü ildə ÜDM-in artımı 2,7%, orta illik inflyasiya 6,9% səviyyəsində proqnozlaşdırılır.
2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 29 milyard 197,8 milyon manat, xərcləri üzrə proqnoz 32 milyard 303,8 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat (ÜDM-in 2,7%-i) məbləğində proqnozlaşdırılır.*
B.Rüstəmbəyov