Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, gələn il üçün yaşayış minimumu 246 manat məbləğində (2022-ci ilin göstəricisi ilə müqayisədə artım 17,1%) təsdiq edilib.
2023-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 261 manat (2022-ci ildə 220 manat), pensiyaçılar üçün 199 manat (2022-ci ildə 176 manat), uşaqlar üçün 220 manat (2022-ci ildə 193 manat) məbləğində müəyyən edilib.
Bundan başqa, parlament ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddini 246 manat (2022-ci ildə 200 manat, artım 17,1%) məbləğində təsdiq edib.*
B.Rüstəmbəyov