Azərbaycan hökuməti 2023-cü ilin dövlət büdcəsindən müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 5,3 milyard manat vəsait ($3,1 milyarddan çox) yönəldəcək. Bunu baş nazir Əli Əsədov deyib.
“Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi ölkə rəhbərliyi üçün prioritet məsələlərdən biridir. 2023-cü ildə dövlət büdcəsi xərclərinin 16%-i bu məqsədlərə yönəldiləcək. Bu, mütləq ifadədə 5,3 milyard manat təşkil edir”, - deyə baş nazir bu gün parlamentin plenar iclasında bildirib.
2023-cü ildə müdafiə və milli təhlükəsizliklə bağlı büdcə xərclərinin 2022-ci illə müqayisədə 4,6% artırılması planlaşdırılır.
2021-ci ildə dövlət büdcəsindən 4,9 milyard manat (təxminən $2,9 milyard) və ya bütün büdcə xərclərinin 17,8%-i bu məqsədlərə yönəldilib.*
A.Əzizov