Azərbaycan və Ermənistan sülh müqaviləsinin yalnız bir bəndi - diplomatik münasibətlərin qurulması ilə bağlı razılığa gəlib. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Sülh müqaviləsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb. Qalan bəndlər üzrə razılıq yoxdur”, - deyə Qriqoryan bu gün parlamentdə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinin mətni üç dəfə redaktə olunub.
“Hazırda Ermənistan tərəfi onun üzərində işləyir. Söhbət Qarabağ, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılmasından gedir. Müzakirələr davam edir”, - deyə Qriqoryan qeyd edib.*