2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub, artım 85% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-nin məlumatına istinadən xəbər verir ki, ödənilən vergilərin 51,5%-i qeyri-neft-qaz sektorunun, 48,5%-i isə neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat (artım 29,2%) olub.
2022-ci il üçün DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 11 milyard 740 milyon manat məbləğində nəzərdə tutulub.*
R.Əhmədov