Azərbaycanda koronavirus infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824,749 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 50 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9984 nəfər təşkil edir.
Virusa yoluxmuş 814,444 min nəfər (sutka ərzində +45) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1348 (ötən gün 1868 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 391,267 min test aparılıb.*
X.Nəsirzadə