Azərbaycanda koronavirus infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 802-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 58 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, yoluxma hallarının sayı 8,6%-dək azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 986 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 466 nəfər (sutka ərzində +22) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 350 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 843 (ötən gün 1 min 348 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 393 min 110 test aparılıb.*
R.Kərimov