Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edib.
Tender 1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir.
İştirak haqqı 1000 manatdır.
Telefon: (+99412) 594-54-01, daxili 239, əlaqələndirici şəxs – Vüqar Əliyev. E-mail: vugar.aliyev@mida.gov.az.
Şərtlərə görə, podratçının son 3 il (2020-2022) ərzində “Tikinti obyektinin istismarına icazə” sənədi əsasında Azərbaycan Respublikası ərazisində təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 m2 təşkil etməli; son 3 il (2020-2022) ərzində tikinti-quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
İddiaçılar öz tender təkliflərini 30 yanvar 2023-cü il saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifi zərfləri 31 yanvar 2023-cü il saat 15:00-da açılacaq.
Tender predmetinin qiyməti $3 milyondan çoxdur.*
R.Kərimov