Tümen vilayətinin iş adamları 2023-cü ilin yanvar ayında Azərbaycana səfər edəcəklər. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə səfərin təşkilatçısı olan “Tümen vilayətinin İnvestisiya Agentliyi” Fondunun İxraca Dəstək Mərkəzi məlumat yayıb.
““Tümen vilayətinin İnvestisiya Agentliyi” Fondunun İxraca Dəstək Mərkəzi 24-26 yanvar 2023-cü il tarixlərində Azərbaycana biznes missiya təşkil edəcək”, - deyə məlumatda bildirilir.
Səfər proqramına xarici alıcıların axtarışı və seçilməsi; danışıqlar üçün məkan və avadanlıqların icarəsi; kommersiya təklifinin formalaşdırılması və ya aktuallaşdırılması; potensial alıcılarla işgüzar danışıqların təşkili daxildir.*
R.Kərimov