Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
C.Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.*
R.Kərimov