Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dekabrln 12-də Heydər Əliyevin vəfatından 19 il ötür.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Dövlət başçısı və birinci xanım görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü. **
B.Rüstəmbəyov