Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Laçın rayonunda iki məktəbin binasının layihələndirilməsi və əsaslı təmirinə 5 milyon 229 min 195,96 manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” www.tender.gov.az portalına istinadən məlumat verir ki, bu məqsədlə "HN Construction" MMC ilə iki müqavilə imzalanıb.
Birinci müqavilə Laçın şəhərində 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası işlərini (müqavilənin dəyəri 4 milyon 128 min 350,36 manatdır), ikinci müqavilə - Laçın rayonunun Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası işlərini nəzərdə tutur (1 milyon 100 min 845,6 manat). **
R.Əhmədov