Azərbaycanda koronavirus infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 943-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 9 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 989 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 584 nəfər (sutka ərzində +60) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 370 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 779 (ötən gün 682 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 398 min 46 test aparılıb.**
N.Abbasova