Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında problemin dialoq yolu ilə həllinə səy göstərməyə hazırdır.
“Avropa İttifaqı dekabrın əvvəlindən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələri ciddi narahatlıqla izləyir. Aİ Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır. Bu cür sərbəst hərəkət məhdudiyyətləri yerli əhali üçün xeyli narahatlıq yaradır və humanitar narahatlıqlar qoğurur”, - Aİ-nin xarici siyasətməsələləri üzrəmətbuat katibi Peter Stanonun bəyanatında deyilir.
Onun sözlərinə görə, «digər problemlər maraqlı tərəflərlə dialoq və məsləhətləşmələr vasitəsilə həll edilə bilər və edilməlidir».
«Aİ yenidən təmkinli olmağa çağırır və yuxarıda göstərilən səylərə töhfə verməyə hazırdır», - Stano qeyd edib.