Azərbaycan Türkiyə və Türkmənistanla qarşılıqlı ticarət dövriyyəsini artırıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“2022-ci ilin 10 ayı ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45% artaraq $5 milyarda çatıb”, - Əliyev çərşənbə günü Azərbaycan-Türkiyə- Türkmənistan sammitində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına ümumi sərmayələri 20 milyard dollara yaxın, Türkiyənin Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın qiymətləndirilir.
“Bu il Azərbaycan-Türkmənistan ticarət dövriyyəsi 5 dəfə artıb, bu da rekord göstəricidir”, - Əliyev əlavə edib. **
X.Nəsirzadə