Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hesab edir ki, Türkmənistandan qazın Qərb bazarlarına tədarükü ilə əlaqədar işlərə başlamağın zamanı çatıb.
Çərşənbə günü Ərdoğan Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışı zamnaı tərəfləri enerji sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb.
“Bu gün Xəzər qazı (Azərbaycandan - İF) Türkiyə vasitəsilə Qərb bazarlarına çatdırılır. Artıq Türkmənistan qazının Qərb bazarlarına tədarükü üzrə işlərə başlamaq lazımdır”, - Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ankara bu istiqamətdə Azərbaycan və Türkmənistanla əməkdaşlığa hazırdır.
Ərdoğan əlavə edib ki, həmçinin Ankara elektrik enerjisi idxalı mövzusunu Türkmənistan və Azərbaycanla müzakirə etməyə hazırdır.
Türkiyə lideri sammitdə vurğulayıb ki, üç ölkə arasında əməkdaşlığın məqsədi qlobal və regional proseslərdən regional sabitliyə istiqamətlənərək əhalinin rifahl naminə maksimum tam istifadə etməkdir.
Türkiyə liderinin sözlərinə görə, dövlətlərin qarşılıqlı əlaqəsi müasir dövrün çağırışları və böhranları fonunda xüsusilə vacibdir. **
R.Əhmədov