"AZƏRİŞIQ"ASC Masallı rayonunda paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması məqsədilə işlərə 4 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, «Smart Energy Services» MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilə Tatyanoba, Güllütəpə, Yeni Zuvand, Əmirtürbə, Meşəkənarı və Məmmədxanlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərini nəzərdə tutur.
Müqavilənin dəyəri – 4 milyon 127 min 987,52 manatdır. **
N.Abbasova