Azərbaycan ilə İndoneziya arasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Sənəd Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İndoneziyanın işçi qüvvəsi naziri İda Fauziyanın başçılıq etdikləri nümayəndə heyətlərinin videokonfrans formatında görüşü çərçivəsinə imzalanıb.
Nazirliyin məlumatına əsasən, sənəd əmək normaları və standartları üzrə potensialın və sosial təminat sisteminin gücləndirilməsi, peşə hazırlığı sisteminin və gənclərin məşğulluğu üçün bacarıqların inkişafı, əməkçi miqrantların sosial müdafiəsi, əmək bazarının təkmilləşdirilməsi istiqamətlərində əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.
Memorandumun həyata keçirilməsi işlərinin müzakirəsi, monitorinqi və qiymətləndirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da sənəddə nəzərdə tutulur.
Babayev Fauziyanı Azərbaycana səfərə dəvət edib. **
X.Nəsirzadə