“Bank Respublika” ASC 2022-ci ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, “Bank Respublika” 2022-ci ilin 11 ayı ərzində fondun vəsaitləri hesabına sahibkarlara 21,7 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (13,8 milyon manat), üçüncü yerdə “Kapital Bank” (13,3 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə “Rabitəbank” (10,5 milyon manat) və “Yelo Bank” (9 milyon manat) da daxil olub.
Xəbər verildiyi kimi, “Bank Respublika” 2021-ci ilin yekunları üzrə 20,3 milyon manatla SİF-in vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.**
R.Əhmədov