"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) dekabrın 15-dən etibarən Bakı-Fərqanə-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayır.
AZAL Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır. Aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək”, - AZAL-ın məlumatında deyilir.
Hazırda AZAL Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytındanwww.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. **
N.Abbasova