2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 62 milyard 233,9 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta illik inflyasiya 13,8% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,9% - 6 min 182,2 manatadək artıb.
Yanvar-noyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 55 milyard 761,6 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,8% çoxdur.**
N.Abbasova