Azərbaycan prezidenti İlham Əliyev Türkmənbaşı şəhərinə səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
“Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulandı. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olundu. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirildi”, - məlumatda deyilir.
Prezidentlər ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə