Azərbaycan, Türkmənistan və Türkiyə Türmənistanın təbii qazının tədarükü sahəsində əməkdaşlığa dair işçi qrupu yaratmaq niyyətindədirlər. Bu barədə Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu üç dövlət başçılarının sammitinin keçirildiyi Avaza milli turizm zonasında türkmənistanlı və azərbaycanlı həmkarları ilə birgə mətbuat konfransında məlumat verib.
“Biz Türkmənistan qazı üzrə birgə addımlar atmağa hazırıq (...) və bu məsələ ilə əlaqədar işçi qrupu yaratmağı qərara aldıq. Energetika sahəsində imzaladığımız Anlaşma Memorandumu zəruri təməl təşkil edir”, - CNN Türk telekanalı Çavuşoğlunun sözlərindən sitat gətirir. **