2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 577,86 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 664,66 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin 9 ayı ərzində birbaşa xarici investisiyaların həcmi 24,9% artıb.
2022-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 814,146 milyon, ikinci rübdə - $1 milyard 406,446 milyon, üçüncü rübdə - $1 milyard 357,268 milyon təşkil edib.
2022-ci ilin 9 ayı üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 69,8%-i (2021-ci ilin 9 ayı ərzində 84,2%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $1,4 milyard (artım 2,4 dəfə), xüsusi çəkisi 30,2% təşkil edib (2021-ci ilin 9 ayında – 15,8%).
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($1 milyard 269,935 milyon, artım 2,5%), Türkiyə ($751,684 milyon, artım 41,8%), Kipr ($618,469 milyon, artım 2,7 dəfə), İran ($256,255 milyon, artım 22,4%) və RF ($377,687 milyon, artım 10,5 dəfə) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($203,427 milyon), ABŞ ($231,009 milyon), Norveç ($113,576 milyon), İsveçrə ($156,16 milyon) və BƏƏ ($60,318 milyon) daxildir.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2020-ci illə müqayisədə 5,9% artaraq $4 milyard 795,3 milyon təşkil edib. **
A.Əzizov