2022-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $2 milyard 779,259 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Həmçinin, əgər cari ilin birinci rübündə ölkəyə pul köçürmələrinin həcmi $239,971 milyon təşkil edibsə, o zaman ikinci rübdə köçürmələrin həcmi $1 milyard 364,317 milyon, üçüncü rübdə köçürmələrin həcmi $1 milyard 174,971 milyona çatıb.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $2 milyard 267,336 milyon (artım 5,5 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 81,6%-i (2021-ci ilin yanvar-sentyabr aylarında xüsusi çəki 53%) Rusiyadan həyata keçirilib.
2022-ci ilin iyul-sentyabr aylarında RF-dən Azərbaycana pul köçürmələri 2022-ci ilin yanvar-mart ayıarında $99,703 milyona və aprel-iyun aylarında $1 milyard 183,342 milyona qaşı $984,291 milyon təşkil edib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($89,149 milyon, artım 12,1%), ABŞ ($137,518 milyon, artım 2,9 dəfə), Almaniya ($45,466 milyon, artım 2,6 dəfə) və Qazaxıstan da ($24,551 milyon, artım 4,9%) daxildir.
AMB-nin məlumatına görə, hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 29,6% artaraq $521,516 milyona çatıb. Həmçinin üçüncü rübdə köçürmələrin həcmi $220,875 milyon təşkil edib.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($133,089 milyon, artım 23,7%) tutur. 2021-ci ilin 9 ayında Azərbaycandan bütün köçürmələrin 25,5%-i (2021-ci ilin yanvar-sentyabr aylarında 26,8%) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin TOP-5-nə Gürcüstan ($45,359 milyon, azalma 25,7%), RF - $68,158 milyon (аzalmа 20,3%), ABŞ ($120,851 milyon, artım 4 dəfə) və Böyük Britaniya ($24,803 milyon, artım 65,4%) daxildir.
2021-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon (2020-ci illə müqayisədə artım 3,6%, Azərbaycandan köçürmələrin həcmi $661,512 milyon (artım 18,9%) təşkil edib.**
A.Əzizov