2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft (kondensatla birlikdə) hasilatı 29,8 milyon ton təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Şahbazov Twitter hesabında yazıb ki, 11 ay ərzində Azərbaycan dünya bazarlarına 24 milyon ton neft ixrac edib.
Xəbər verildiyi kimi, Energetika Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft (kondensatla birlikdə) hasilatı 31,6 milyon ton təşkil edib, 25,7 milyon ton neft (kondensatla bilrikdə) ixrac olunub. Beləliklə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 5,7%, ixracı - 6,6% azalıb. **
N.Abbasova