2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 3 milyard 2,6 milyon manat və ya ÜDM-in 2,47%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 28 milyard 978,1 milyon manat (2021-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə artım 27,5%), xərcləri 25 milyard 975,5 milyon manat (artım 16,4%) təşkil edib.
11 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 121 milyard 445,8 milyon manat təşkil edib.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Əzizov