Avropa İttifaqınınölkəmizdəki nümayəndəliyinin rəhbəri,səfirPeter Mixalko əmindir ki, Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar qısa müddətdə sona çatacaq.
Daha əvvəl verilən məlumata görə, yeni saziş layihəsinin mətninin 90%-dən çox hissəsi razılaşdırılıb. Sənəd 4 bölmədən ibarətdir. Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.*
"Azərbaycan və Aİ strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqları davam etdirirlər. Ötən həftə daha bir görüş keçirilib və mövcud vəziyyət yaxşı nailiyyətlərdən xəbər verir", - Mixalko cümə axşamı mətbuat konfransında bildirib.
O qeyd edib ki, hələ də razılaşdırılması lazım olan məsələlər var. «Lakin ümid edirəm ki, qısa müddətdə bu saziş üzrə danışıqlar başa çatacaq və biz əldə olunan razılaşmanın şahidi olacağıq», - deyə o, yekun vurub.
Daha əvvəl verilən məlumata görə, yeni saziş layihəsinin mətninin 90%-dən çox hissəsi razılaşdırılıb. Sənəd 4 bölmədən ibarətdir. Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.**
B.Rüstəmbəyov