Cümə axşamı Dövlət Sərhəd Xidməti sərhəddə Ermənistanın mövqelərinin atəşə tutulması barədə İrəvanın yaydığı məlumatı təkzib edib.
“Dekabrın 15-i saat 01:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir”, - DSX-nin bəyanatında deyilir.
“Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk”, - DSX-dən bəyan ediblər. **
X.Nəsirzadə