Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Belarusun yeni xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb”, - məlumada deyilir.
O vurğulayıb ki, Belarus bölgəmizdə sülh və sabitliyə daim dəstək verir.
Bayramov öz növbəsində Aleyniki Azərbaycana səfərə dəvət edib.
“Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə ediblər”, - XİN-dən vurğulanır. **
X.Nəsirzadə