Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) İqtisadi İnvestisiya Planı (Economic Investment Plan) üzrə yüksək səviyyəli işçi qrupu yaradıblar. Bu barədə Aİ-nin Bakıdakı səfiri Peter Mixalko bəyan edib.
“İşçi rupu ötən həftə yaradılıb. Onun əsas məqsədi reallaşdırılması planlaşdırlan layihələr üzərində işdən ibarətdir”, - Mixalko bu gün mətbuat konfansında bildirib.
Mixalko qeyd edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin ixracının 50%-dən çoxu Aİ-nin payına düşür.
“Bu, əsasən enerji sahəsinə aiddir, lakin Aİ həmçinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorlarının inkişafının dəstəyində iştirak edir”, - o vurğulayıb.
O cümlədən, səfir nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələsinə toxunub və vurğulayıb ki, bu nöqteyi-nəzərdən Aİ və Azərbaycan böyük potensiala malikdir. “Biz bu baxımdan region üçün qovşaq infrastrukturunu təşkil edən Bakı limanının inkişafı layihəsini dəstəkləyirik”, - səfir əlavə edib.
Azərbaycan üzrə İqtisadi İnvestisiya Planı 2022-ci ilin sentyabr ayında istifadəyə verilib və 5 əsas istiqaməti əhatə edir: Bakı dəniz limanının inkişafı; nəqliyyat sahəsində rəqəmsallaşma və nəqliyyat dəhlizlərinin inkişafı; kiçik və orta biznesə dəstək; bölgələrdə kənd təsərrüfatının inkişafı; infrastruktura investisiya qoyuluşu və “yaşıl enerji”nin inkişafı.
Aİ və onun maliyyə təsisatları bu layihənin reallaşdırılması üçün Azərbaycana 2 milyard avroya qədər vəsait ayırmağı planlaşdırırlar. **
B.Rüstəmbəyov