Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 5 milyard 89 milyon 590,9 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 937 milyon 477,6 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 29,3% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 621 milyon 415,9 min manat (artım 35,8%), aksizlər üzrə 149 milyon 815,1 min manat (artım 2,3%), yol vergisi üzrə 57 milyon 346,4 min manat (artım 43,5%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 261 milyon 13,5 min manat (artım 16,3%) məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard 605 milyon manat təşkil edir.**
B.Rüstəmbəyov