Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə məlumat verib ki, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
“NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, enerji təhlükəsizliyi və regional məsələləri müzakirə etdik”, - Hüseynzadə Twitter hesabında yazıb. **
N.Abbasova