Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Qarabağ iqtisadi rayonunda bütün məsələlər Azərbaycanın qanunvericiliyi və ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. “Son təxribatların arxasında danışıqlar prosesində (Azərbaycanla Ermənistan araslnda - İF) maraqlı olmayan qüvvələr durur. Təxribatların qarşısının alınması üçün Ermənistan tərəfinə ciddi xəbərdarlıq olunmalıdır. Bütün məsələlər Azərbaycanın qanunvericiliyi və Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həll olunmalıdır. Qarabağa kənardan gələn və hazırda orada olan bəzi şəxslərin buna əsasları yoxdur və vətəndaşlara müraciət etmək üçün haqqı çatmır. Yerli erməni əhalisinin isə Azərbaycanın qanunvericiliyi çərçivəsində orada yaşamağa, qalmağa tam hüquqları var”, - Bayramov cümə axşamı jurnalisrtlərə bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelərlə görüşüb. “Bugünkü brifinqin məqsədi – onları regiondakı son hadisələr barədə ilk mənbədən məlumatlandırmaqdır". **
X.Nəsirzadə