Azərbaycan Mərkəzi Bankı illik inflyasiya tempinin azalmasını gözləyir.
“İllik (12 aylıq) inflyasiya əvvəlki ayda (oktyabrda - İF) pik həddə (15.6%) çatıb, noyabrda 15,1% təşkil edib (orta illik inflyasoya – 13,8% - İF). Aparılmış təhlillər göstərir ki, bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir”, - AMB-nin Faiz dəhlizinin parametrləri haqqında bəyanatında deyilir.
Bank bildirir ki, “2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır”.
Bank qeyd edir ki, noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15.1% təşkil edib, illik baza inflyasiya 14.7% olub.
“İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14% azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olmuşdur. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır”, - AMB-dən vurğulanır.
Həmçinin, bank Azərbaycanda inflyasiya gözləntiləri üzrə müxtəlif sectoral vəziyyəti qeyd edir. “Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən qeyri-neft-qaz sənayesi müəssisələrində faktiki istehsal və istehsal güclərinin yüklənməsi səviyyəsi yüksəlmişdir”, -- MAB-dən bildirilir.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5%, 2023-cü ildə - 6,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib. **
A.Əzizov