Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib. Qeyri neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb”, - Cabbarov sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir.
2022-ci il üçün DVX xətti ilə Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 11 milyard 740 milyon manat səviyyəsində təsdiq olunub. **
R.Əhmədov