2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 24 milyon 318 min 448,83 ton neft ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $18 milyard 318 milyon 642,45 min dəyərində (artım 49,1%) neft ixrac edilib.
2022-ci ilin yanvar-noyabr aylarında ixracın ümumi strukturunda neftin payı 50,42% (2021-ci ilin müvafiq dövründə 62,05%) təşkil edib.
Hesabat dövründə 29 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2022-ci ilin yanvar-sentyabr aylarında neft ixracının 35,5%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Hindistan da daxil olub.
Xorvatiya, Çexiya, İspaniya, Böyük Britaniya, Oortuqaliya, Almaniya, İndoneziya və digər ölkələr daimi alıcılar sırasındadır. Noyabrda Malayziya da Azərbaycandan neft alan ölkələrin sırasına qoşulub.
2021-ci ildə Azərbaycandan fəal şəkildə neft almış Çin, Kanada və bir sıra digər ölkələr siyahıda yer almır.
Yanvar-noyabr aylarında Rusiya və Gürcüstana da az həcmdə neft ixrac edilib.
2022-ci ilin yanvar-noyabr aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton): |
Gəlir, min $ |
İtaliya |
8 629 449.63 |
6 452 953.40 |
Hindistan |
2 016 842.39 |
1 625 428.01 |
İsrail |
2 150 621.72 |
1 566 905.92 |
Xorvatiya |
1 159 692.58 |
952 386.35 |
İspaniya |
1 135 797.18 |
837 264.87 |
B.Britaniya |
926 011.63 |
752 508.07 |
Portuqaliya |
1 020 358.90 |
742 619.12 |
Çexiya |
912 731.97 |
722 511.41 |
İndoneziya |
795 015.24 |
605 892.08 |
Almaniya |
801 440.82 |
563 706.60 |
Tunis |
604 998.44 |
453 210.72 |
Vyetnam |
469 011.78 |
401 083.36 |
İrlandiya |
521 509.25 |
399 044.29 |
Türkiyə |
587 212.56 |
375 428.00 |
Rumıniya |
448 687.34 |
320 061.20 |
Ukrayna |
506 359.30 |
304 578.84 |
Tayland |
404 990.99 |
257 211.41 |
İsveçrə |
264 864.95 |
232 002.72 |
Yunanıstan |
272 142.03 |
212 128.25 |
Avstraliya |
156 418.00 |
138 977.88 |
Tayvan (Çinin vilayəti) |
138 543.45 |
115 684.58 |
Avstriya |
134 447.20 |
90 016.75 |
Niderland |
82 680.85 |
62 240.63 |
Belarus |
84 893.31 |
57 590.07 |
Fransa |
46 300.13 |
43 447.48 |
Malayziya |
46 243.85 |
33 070.29 |
Rusiya |
710.65 |
419.99 |
Bolqarıstan |
471.01 |
268.72 |
Gürcüstan |
1.70 |
1.44 |
**
N.Abbasova