ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməyə davam edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bəyan edib.
«Bu (Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması - İF-Az), bildiyiniz kimi, dövlət katibi (ABŞ Antoni Blinken - İF-Az), həmçinin digər yüksək rütbəli departament əməkdaşlarının böyük maraq göstərdiyi və diqqət yetirdiyi bir məsələdir, və bu finiş xəttini keçməyimiz üçün fəal məşğul olacağımız biz məsələdir», - “İnterfaks-Azərbaycan” agentliyi Patelin brifinqdəki sözlərindən sitat gətirir. **
R.Kərimov