Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, Bakı 2023-cü ildə qaz tədarükünü 24 milyard kubmetrədək artırmağı planlaşdırır, həmçinin Avropaya ən azı 11,6 milyard kubmetr ixrac olunacaq.
“Keçən il Azərbaycanın Avropa bazarlarına təbii qaz ixracı 8,2 milyard kubmetr, bu il isə 11,3 milyard kubmetr olub. Gələn il isə ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir. Gələn il Azərbaycandan təbii qazın ixracının ümumilikdə təxminən 24 milyard kubmetr səviyysində olacağı gözlənilir. Müqayisə üçün, bu rəqəm 2021-ci ildə 19 milyard kubmetr olub”, - Əliyev şənbə günü Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda çıxışında bildirib. **
R.Kərimov
.