Şənbə günü Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu barədə Azərbaycanın dövlət başçısının saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, sazişi Azərbaycan prezidenti İlham Əliyev, Rumıniyanın baş naziri Nikolae Çuke, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Macarıstanın baş naziri Viktor Orban imzalayıblar. Həmçinin, imzalanma mərasimində Rumıniya prezidenti Klaus Yohannis və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen iştirak ediblər. **
R.Kərimov