ABŞ Dövlət Departamentində Azərbaycan tərəfindən Ukraynaya əsas elektrik avadanlıqlarından ibarət humanitar yardımın göndərilməsini alqışlayıblar.
«Biz bundan sonra da Ukraynaya öz enerji sisteminin möhkəmləndirilməsinə, onun daha etibarlı olmasına kömək edən dünyadakı müttəfiqlərimizin, tərəfdaşlarımızın və ölkələrin dəstəyini alqışlayacağıq ki, o, Rusiya tərəfindən müşahidə etdiyimiz enerji infrastrukturuna müntəzəm hücumlara davam gətirsin», - Dövlət Departamentinin nümayəndəsi Vedant Patel, KİV-ə əsasən Moskva tərəfindən Azərbaycanın Ukraynaya humanitar yardım kimi əsas elektrik avadanlıqlarını göndərməsinə reaksiyasına dair suala cavab verərkən bildirib.
Daha vvəl Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib ki, dekabrın 10-da Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanıQobu Enerji Qovşağının ərazisindən yola salınıb.
Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.
XİN-dən əlavə olunub ki, Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır.
Şənbə günü Azərbaycandan göndərilən əsas elektrik avadanlıqlarından ibarət partiya Ukraynaya çatıb. **
İnformasiya şöbəsi