Azərbaycanda koronavirus infeksiyasına 106 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 337-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 81 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, yoluxma hallarının sayı 30,8%-dək artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 993 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 801 nəfər (sutka ərzində +52) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 543 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 184 (ötən gün 1 475 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 405 min 485 test aparılıb.**
R.Kərimov