2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan $795,5 milyon dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib, bu da 2021-ci ilin 11 ayının göstəricisindən 3,4% çoxdur.
“İnterfaks-Azərbaycan”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib ki, 2022-ci ilin 11 ayı ərzində meyvə ixracının dəyəri $392,975 milyon (+11,8%) olub.
Yanvar-noyabr aylarında tərəvəz ixracının dəyəri $200,413 milyon (1,1%) olub.
Qalan ixrac digər ASK məhsullarının payına düşüb. **
R.Kərimov