Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tanini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib.
“(...) Qətərdə futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edilməsi və uğurla keçirilməsi münasibətilə də sizi ürəkdən təbrik edirəm”, - Əliyevin 18 dekabrda qeyd olunan Qətər Dövlətinin milli bayramı münasibətilə təbrik məkltubunda deyilir. Məktubun mətni bazar günü dövlət başçısının saytında dərc olunub.
O, “Azərbaycan ilə Qətər arasında güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq münasibətləri və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəyinə” əminlik ifadə edib.
“Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, - Azərbaycan prezidenti yazıb. **
R.Kərimov