Bazar günü Azərbaycanda qış turizmi mövsümünə start verilib. Bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bəyan edib. O qeyd edib ki, mövsüm aprelin ortalarına qədər davam edəcək.
Quluzadə əlavə edib ki, hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngərurun rayonlarında, xüsusilə Kəlbəcər rayonunda qış turizm kompleksinin yaradılması məsələsi müzakirə olunur.
Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlovanın sözlərinə görə, ststistikaya əsasən, 2022-ci ilin birinci rübündə qış kurortlarına səfər edən turistlərin sayı 246,277 min nəfər təşkil edib, bu da ötən ilin göstəricisindən iki dəfə çoxdur, lakin 2019-cu ilin göstəricisindən 2,5 dəfə azdır.
O, həmçinin qeyd edib ki, 2023-cü ildə DTA tərəfindən bir neçə tədbir planlaşdırılır. Xüsusilə,Bədəlova qış turizminin inkişafı istiqamətində Türkiyə ilə əməkdaşlıq və təcrübə mübadiləsini vurğulayıb. O cümlədən, Agentlik 2023-cü ilin yanvar-fevral aylarında xarici media (influenser blogerlər) və aparıcı qış turizm operatorları üçün tanışlıq səfərlərinin təşkili və qonşu ölkələrlə qarşılıqlı mübadilənin təşkilini planlaşdırır.
Hesabat dövründə turizmin əsas hissəsini Rusiyadan turistlər – 67,546 min nəfər (artım 1,8 dəfə), Türkiyədən – 60,835 min nəfər (artım 1,9 dəfə), və İrandan – 35,41 min nəfər (artım 1,8 dəfə) təşkil edib.
Bədəlova qeyd edib ki, Qusar rayonunda “Şahdağ”, Qəbələ rayonunda “Tufandağ” və Naxçıvanda “Ağbulaq” ölkənin əsas qış kurortlarıdır.
Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.
“Mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır”, - DTA-nın məlumatında deyilir. **
X.Nəsirzadə