Azərbaycanda koronavirus infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 825 min 409-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 106 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, yoluxma hallarının sayı təxminən 32% azalıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 4 nəfər vəfat edib).
Ölənlərin ümumi sayı 9 min 993 nəfər təşkil edir.
Virusa yoluxmuş 814 min 869 nəfər (sutka ərzində +68) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 547 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 864 test (ötən gün 2 min 184 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 407 min 349 test aparılıb.**
R.Kərimov