Çrşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın mövqelərinin sərhəddə atəşə tutulması barədə İrəvanın iddialarını yenidən təkzib edib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir”, - nazirliyin bəyanatında deyilir.
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - MN-dən bəyan ediblər. **
B.Rüstəmbəyov